...

KOICA-nın maliyyə dəstəyi ilə Bakıda bir qisim məcburi köçkünlərə 300 ədəd bağlama paylanılacaq (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2020 17:35 (UTC +04:00)
KOICA-nın maliyyə dəstəyi ilə Bakıda bir qisim məcburi köçkünlərə 300 ədəd bağlama paylanılacaq (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Aprelin 27-də məcburi köçkünlər arasında COVID-19 virusunun yayılmasının mənfi sosial-iqtisadi təsirini azaltmaq üçün onların gigiyenik və tibbi ləvazimatlar və gündəlik tələbat malları ilə təchiz edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyi arasında memorandum imzalanıb.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, anlaşma memorandumuna əsasən, KOICA-nın maliyyə dəstəyi ilə Bakı şəhərində məskunlaşmış bir qisim məcburi köçkünlərə - yaşı 65-dən yuxarı olan ahıl, tənha şəxslər və şəhid ailələrinə müxtəlif ərzaq və tibbi məhsullardan ibarət 300 ədəd bağlama paylanılacaq.

Bildirilib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən hərtərəfli qayğı göstərilir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin sosial problemlərinin həllinə həssaslıqla yanaşır.

Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 1 milyondan artıq vətəndaşımız öz vətənlərində qaçqın və məcburi köçkünə çevrilib. Belə bir vaxtda Azərbaycanın ümumilli lideri Heydər Əliyevin çağırışı ilə beynəlxalq humanitar təşkilatların Azərbaycana gəlməsi yaşana biləcək humanitar fəlakətin qarşısını aldı.

Bu istiqamətdə, qaçqın və məcburi köçkünlərə dəstək məqsədilə Koreya hökuməti tərəfindən bir sıra layihələr həyata keçirilib. Bu layihələr arasında KOICA ilə birgə həyata keçirilən “Kəhriz su təchizatı sisteminin yenidən qurulması ilə Azərbaycanda məcburi köçkün icmalarına inteqrasiya edilmiş kənd inkişafı”, “Beyləqan rayonundakı Xocavənd qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması” xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, məcburi köçkün icmaları ilə keçirilən görüşlər və tədbirlər də onlar üçün çox böyük mənəvi dəstəkdir.

Bildirilib ki, Koreya hökuməti tərəfindən Azərbaycanda məcburi köçkünlərə yardım məqsədi ilə həyata keçirilən layihələr bundan sonra da davam edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti