...

Çinin Sian şəhəri Sumqayıta tibbi yardım göndərdi (FOTO)

Cəmiyyət Materials 4 May 2020 16:54 (UTC +04:00)
Çinin Sian şəhəri Sumqayıta tibbi yardım göndərdi (FOTO)

Bakı. Trend:

Çin Xalq Respublikasının Şansi vilayətinin inzibati mərkəzi olan Sian şəhərindən Sumqayıt şəhərinə tibbi humanitar yardım göndərilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Trend-ə bildirilib ki, Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Sian şəhərindən göndərilən tibbi ləvazimatlar bu gün Azərbaycan Hava Yollarının Karqo Terminalında qəbul olunub və dezinfeksiya olunduqdan sonra Sumqayıt şəhərinə gətirilib.

Sumqayıt şəhər 1 nömrəli şəhər xəstəxanasında tibbi ləvazimatlardan ibarət humanitar yardım qəbul olunub. Tibbi ləvazimatlar şəhərdə koronavirusla mübarizədə istifadə olunacaq.

Sian şəhərindən öncə Çin Xalq Respublikasının Mienyen və Çucou şəhərləri də Sumqayıt şəhərinə tibbi ləvazimatlardan ibarət humanitar yardım göndərmişdi.

Qeyd edək ki, Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen və Sian şəhərlərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında bu şəhərlərə tibbi ləvazimatlardan ibarət humanitar yardım göndərilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti