...

Nazirlik: Azərbaycan dili imtahanı evdən onlayn və ya imtahan mərkəzlərində keçiriləcək

Cəmiyyət Materials 11 May 2020 16:21 (UTC +04:00)
Tədris digər dillərdə təşkil olunmuş bölmələrin IX sinif şagirdləri üçün Azərbaycan dili dövlət dili kimi imtahanı iyun ayı ərzində ənənəvi şəkildə (kağız daşıyıcısı) keçiriləcək.
Nazirlik: Azərbaycan dili imtahanı evdən onlayn və ya imtahan mərkəzlərində keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Tədris digər dillərdə təşkil olunmuş bölmələrin IX sinif şagirdləri üçün dövlət dili kimi Azərbaycan dili imtahanı iyun ayı ərzində ənənəvi şəkildə (kağız daşıyıcısı) keçiriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, tədris digər dillərdə təşkil olunmuş bölmələrin XI sinif məzunları üçün imtahan evdən onlayn və ya imtahan mərkəzlərində (elektron və ya kağız daşıyıcılarında) keçiriləcək. İmtahanda evdən onlayn iştirak etmək istəyən məzunların bu məqsədlə istifadə edəcəkləri avadanlıq müəyyən ediləcək texniki şərtlərə cavab verməlidir.

Mayın 20-dək ali (orta ixtisas) məktəblərinə qəbul olmaq üçün ərizələrini təsdiq etmiş abituriyentlər (ötən illərin məzunları) onlayn sınaq imtahanlarında iştirak edə bilərlər.

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahan ümumilikdə 2 dəfə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti