...

Dünyasını dəyişən insanların koronavirusdan ölməsi barədə şayiələr var - TƏBİB AÇIQLADI

Cəmiyyət Materials 4 İyun 2020 17:31 (UTC +04:00)
Dünyasını dəyişən insanların koronavirusdan ölməsi barədə şayiələr var - TƏBİB AÇIQLADI

Bakı. İlhamə İsabalayeva - Trend:

Dünyasını dəyişən insanların koronavirusdan ölməsi barədə arayışların verilməsi ilə bağlı şayiələr yaranıb. Biz bu məlumatları araşdırmışıq. Yayılan məlumatlarda arayışların təcili tibbi yardım xidmətinin işçiləri tərəfindən verildiyi bildirilir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu məlumatlar düzgün deyil və şayiədir: "Onu da nəzərə almaq lazımdır ki, COVİD-19-un diaqnozunun qoyulması o qədər də asan məsələ deyil”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti