...

İctimai nəqliyyatda maska taxmayan şəxslər cərimə edildi (FOTO)

Cəmiyyət Materials 12 İyun 2020 21:35 (UTC +04:00)
İctimai nəqliyyatda maska taxmayan şəxslər cərimə edildi (FOTO)

Bakı. Asif Mehman - Trend:

İctimai nəqliyyatda maska taxmayan şəxslər cərimə edilib, maskası olub taxmayanlara isə xəbərdarlıq edilərək marifləndirici söhbətlər aparılıb.

Trend-in məlumatına görə, Xətai rayon polis idarəsinin əməkdaşları rayon ərazisində reydlər keçirib. Avtobuslarda aparılan yoxlamalar zamanı maskasız avtobusa daxil olan şəxslər avtobusdan düşürülüb və onlar barəsində protokol yazılıb.

Qeyd edək ki, ictimai nəqliyyatda maska taxmaq məcburidir. Bu qaydanı ilk dəfə pozan fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir. Həmin xətanın karantin dövründə təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti