...

Sərt karantin rejimi tətbiq edilən günlərdə vətəndaşların sifariş etdiyi dərman vasitələri ünvanlarına çatdırılıb

Cəmiyyət Materials 18 İyun 2020 12:46 (UTC +04:00)
Sərt karantin rejimi tətbiq edilən günlərdə vətəndaşlar tərəfindən sifariş olunan dərman vasitələri ünvanlarına çatdırılıb.
Sərt karantin rejimi tətbiq edilən günlərdə vətəndaşların sifariş etdiyi dərman vasitələri ünvanlarına çatdırılıb

Bakı. Trend:

Sərt karantin rejimi tətbiq edilən günlərdə vətəndaşlar tərəfindən sifariş olunan dərman vasitələri ünvanlarına çatdırılıb.

““Azeri Med” MMC-dən Trend-ə verilən məlumata görə, ötən həftəsonu Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sərt karantin rejimi günlərində (14-15 iyun 2020-ci il) Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarında dərman vasitələrinin sifarişlə ünvanlara çatdırılması xidmətlərini həyata keçirən apteklərin fəaliyyətinə icazə verilib.

Dərman vasitələrinin sifarişlə vətəndaşların ünvanlarına çatdırılması ““Azeri Med” MMC-yə daxil olan apteklər şəbəkəsi vasitəsilə də həyata keçirib. Həmin günlər MMC-nin *7700 qaynar xəttinə və aptekonline.az saytına 6802 sifariş daxil olub. Sifarişlərin 5270-i Bakı, 584-ü Gəncə şəhərlərinin 292-si Abşeron rayonunun, 656-sı isə digər sərt karantin rejimi tətbiq edilən şəhər və rayonların payına düşüb.

Daxil olan müraciətlərə həssaslıqla yanaşılıb və sifarişlər vaxtında yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti