Bakı. İlhamə İsabalayeva - Trend:
Artıq COVİD-19-a yoluxan simptomsuz xəstələrin ev şəraitində müalicəsinə başlanılıb.
Bunu Trend-ə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Onun sözlərinə görə, həmin xəstələrə ərazi poliklinikaları tərəfindən nəzarət edilir:
"Simptomsuz olan xəstələr evdə müalicələrini davam etdirirlər. Onlara ərazi poliklinikaları tərəfindən nəzarət edilir və 12 saatdan bir telefonla xəstələrə sorğular göndərilir".
Xatırladaq ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində artıq poliklinika həkimlərinin simptomları zəif olan xəstələrin müalicəsi ilə məşğul olacağını söyləmişdi.
O qeyd etmişdi ki, bunun üçün beynəlxalq təcrübə əsasında hazırlanan mobil tətbiq əlavəsindən istifadə ediləcək. “E-təbib” adlanan bu mobil tətbiq əlavəsi vasitəsilə evdə müalicə alan xəstələr müşahidə altında saxlanılacaq: