...

Köhnəlmiş dərsliklərin taleyi necə olur? - RƏSMİ

Cəmiyyət Materials 2 İyul 2020 11:45 (UTC +04:00)
Təhsil Nazirliyi istifadə müddəti bitən dərsliklərin şagirdlər tərəfindən məktəblərə təhvil verildikdən sonra həmin dərsliklərin hansı məqsədlər üçün istifadə edilməsinə münasibət bildirib.
Köhnəlmiş dərsliklərin taleyi necə olur? - RƏSMİ

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi istifadə müddəti bitən dərsliklərin şagirdlər tərəfindən məktəblərə təhvil verildikdən sonra onların hansı məqsədlər üçün istifadə edilməsinə münasibət bildirib.

Nazirlikdən Trend-in sorğusuna cavab olaraq, qeyd edilib ki, "Kitabxana işi haqqında" qanuna görə köhnəlmiş və ya yararsız hala düşmüş kitabların qanunvericilikdə müəyyən olunmuş qaydada kitabxana fondundan çıxarılması kitabxananın malik olduğu əsas hüquqlardandır.

Qanunun bu müddəasına əsasən, köhnəlmiş və ya yararsız hala düşmüş dərsliklər şagirdlərdən toplandıqdan sonra onların məktəb - kitabxana fondundan çıxarılması (silinməsi) prosesi həyata keçirilir.

Daha sonra silinən dərsliklər təkrar xammal tədarükü ilə məşğul olan müvafiq təşkilatlara yönəldilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti