...

Ali məktəblərdə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qərara dəyişiklik edildi

Cəmiyyət Materials 7 İyul 2020 17:06 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazirlər Kabineti “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Trend-in məlumatına görə, qərarla "Ayrı-ayrı elm sahələri üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı” təsdiq edilib. Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyəsində hər bir təhsilalana düşəntəhsil xərclərinin miqdarı” yeni redaksiyada verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti