...

Sosioloq: Azərbaycanda ictimai qınağın yüksəldilməsinə böyük ehtiyac var

Cəmiyyət Materials 13 Avqust 2020 13:30 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda koronavirus pandemiyasından irəli gələn tələblərə əməl etməyən insanlarla bağlı ictimai qınağın kəskin yüksəldilməsinə böyük ehtiyac var.

Trend-in məlumatına görə, bunu sosioloq Əhməd Qəsəmoğlu deyib.

Onun sözlərinə görə, bir çox ölkələrdə ictimai qınaq çox güclü olduğu üçün karantin tətbiq edilmir, çünki insanlar məhdudiyyətlərə əməl etməyin lazım olduğunu dərk edirlər:

"Bizdə isə təssüf ki, bir çox hallarda nadanlıqla qəhrəmanlıq dəyişik salınır. Sosial şəbəkələrdə bir hadisə izlədim. Polis avtobusda əvvəl sakit tərzdə bir gəncdən çənəsinə keçirdiyi maskanı normal taxmasını tələb edir. Həmin gənc isə nümayişkarənə tərzdə elan edir ki, taxmayacaq. Polis onu məcbur etməyə çalışdıqca, o, sanki qəhrəmanlıq edirmiş kimi inad edir ki, maskanı taxmayacaq, onun atası da polisdir. Polis güc tədbiq etməyə məcbur olduqda isə gənc haray salar: Ay camaat, kömək edin! Kimlərsə ona kömək etməyə cəhd edir. Bu, çox utandırıcı bir mənzərədir. Koronavirus təhlükəsi ölkəmizdən hələ sovuşmayıb. Hər bir belə insan ətrafdakılar üçün təhlükə yaradır. Diqqət etsəniz görəcəksiniz ki, avtobusda maskasız adam gördükdə ətrafdakılar nə qədər narahat olur. Bu adam nəyi özünə qəhrəmanlıq hesab edir? Onu müdafiə edənlər nə qədər səhv etdiklərini anlayırmı? Ölkə əhalisi məhdudiyyətlərə əməl etmədikcə, bu bəla ölkəmizdən getməyəcək! Sürücülər maskasız sərnişinləri salona buraxmamalıdırlar. Daha gəlib polisə "buraxın onu, gedək" deməməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti