Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına əsasən reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində Sumqayıt Reabilitasiya Mərkəzində də təmir və yenidənqurma işləri aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu işlər artıq yekunlaşır və müəssisənin gələn ay istifadəyə verilməsi planlaşdırılır.
Bərpa mərkəzində il ərzində 1000-dən çox əlilliyi olan şəxsə səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla reabilitasiya xidmətləri göstəriləcək. Mərkəzdə əlilliyi olan şəxslərin sosial-psixoloji xidmətlə təmin edilməsi də nəzərdə tutulur.