...

Azərbaycanda mədəniyyət xadimləri ilə bağlı ensiklopediya hazırlansın - TƏKLİF

Cəmiyyət Materials 17 Sentyabr 2020 16:53 (UTC +04:00)
Azərbaycanda mədəniyyət xadimləri ilə bağlı ensiklopediya hazırlansın - TƏKLİF

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan bu gün öz mədəniyyəti ilə dünyada tanınır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deputat Ülviyyə Ağayeva deyib.

Onun sözlərinə görə, “Yaradıcı təşkilatlar haqqında” qanun layihəsinin hazırlanmasına böyük ehtiyac var. Deputat qeyd edib ki, gənc rəssamların bugünkü durumu qənaətbəxş deyil, onlara diqqət və qayğı lazımdır:

"Xüsusi qurumlar olmalıdır ki, bununla məşğul olsun. Bizim mühacirətdə olan rəssamlarımız var. Ancaq onların adları heç bir yerdə hallanmır. Təklif edirəm ki, Azərbaycanda mədəniyyət xadimləri ilə bağlı ensiklopediya hazırlansın”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti