...

Azərbaycanda 1242 nəfər COVID-19-a yoluxub, 551 nəfər sağalıb, 15 nəfər vəfat edib

Cəmiyyət Materials 3 Noyabr 2020 15:03 (UTC +04:00)
Azərbaycanda 1242 nəfər COVID-19-a yoluxub, 551 nəfər sağalıb, 15 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 242 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 58 282 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 45 030 nəfər müalicə olunaraq sağalıb, 768 nəfər vəfat edib, aktiv xəstə sayı 12 484 nəfərdir.

Ökədə son sutka ərzində 111 59, hazırkı dövrədək isə 1 379 779 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti