...

Azərbaycanda 635 nəfər koronavirusa yoluxdu, 503 nəfər sağaldı, 12 nəfər vəfat etdi

Cəmiyyət Materials 9 Noyabr 2020 17:34 (UTC +04:00)
Azərbaycanda 635 nəfər koronavirusa yoluxdu, 503 nəfər sağaldı, 12 nəfər vəfat etdi

Bakı. Trend:

Azərbaycanda bu gün koronavirus infeksiyasına 635 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 12 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 66 046 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 49 411 nəfər müalicə olunaraq sağalıb, 852 nəfər vəfat edib, aktiv xəstə sayı 15 783 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 355, ötən müddət ərzində isə ümumilikdə 1 447 585 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti