...

Təhsil Nazirliyi qiymətləndirmədə texniki problemlə üzləşən şagirdlərin nəticəsi barədə açıqlama verdi

Cəmiyyət Materials 21 Dekabr 2020 16:23 (UTC +04:00)
Təhsil Nazirliyi qiymətləndirmədə texniki problemlə üzləşən şagirdlərin nəticəsi barədə açıqlama verdi

Bakı. İlhamə İsabalayeva – Trend:

Dekabrın 19-da keçirilən milli qiymətləndirmədə texniki problemlərə görə imtahan prosesini tamamlayan və sonda topladığı balı öyrənə bilməyən şagirdlərin nəticəsini öyrənmək mümkün olmayacaq.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə deyib.

Onun sözlərinə görə, milli qiymətləndirmə tədqiqat xaraketerlidir:

"Valideynlərin və təhsilalanların nəzərinə bir daha çatdırmaq istəyirəm ki, bu qiymətləndirmədə təkcə şagirdlərin bilik göstəricilərini deyil, elektron sistemin imkanlarını da dəyərləndirdik və ən azından müəyyən etdi ki, hansı çatışmazlıqlar var. İmtahanı bitirə bilməyənlərin nəticəsini müəyyən etmək mümkün olmayacaq".

A.Mirzəzadə əlavə edib ki, imtahanda texniki səbəblərə görə iştirak edə bilməyənlər üçün yenidən imtahan təşkil olunacaq. Bu qiymətləndirmənin yəqin ki, 2021-ci ildə olacağı gözlənilir:

"Güman etmirəm ki, qiymətləndirmədə çox şagirdə valideynləri kömək edib. Belə şagidlərin sayı çox az faiz təşkil edə bilər. Amma istərdim ki, valideynlər bunu etməsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti