...

Ad günü məclisi keçirən məktəb direktoru işdən çıxarıldı - RƏSMİ

Cəmiyyət Materials 28 Dekabr 2020 14:02 (UTC +04:00)
Ad günü məclisi keçirən məktəb direktoru işdən çıxarıldı - RƏSMİ

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda karantin qaydalarını pozaraq özünə ad günü keçirən məktəb direktoru vəzifəsindən azad edilib.

Bu barədə Trend-ə Təhsil Nazirliyinin mətubat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib. Qeyd olunub ki, direktorun əmək müqaviləsinə bu gündən xitam verilib:

"Təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti