...

20-dən artıq şəhid ailə üzvünün təhsil haqqı ödənilib - Elvin Hüseynov

Cəmiyyət Materials 26 Yanvar 2021 11:38 (UTC +04:00)
20-dən artıq şəhid ailə üzvünün təhsil haqqı ödənilib - Elvin Hüseynov

Bakı. Elçin Mehdiyev - Trend:

20-dən artıq şəhid ailə üzvünün təhsil haqqı ödənilib.

Bunu Trend-in “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsində "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

O qeyd edib ki, bu məsələ ilə bağlı aidiyyatı qurumlarla, təhsil müəssisələri ilə danışıqlar aparılıb, razılıq əldə olunub: “Şəhid ailə üzvlərinin bir çoxunun təhsil xərclərini elə təhsil müəssisələrinin özləri ödəyib, bəziləri isə "YAŞAT" Fondu tərəfindən qarşılanıb”.

E.Hüseynovun sözlərinə görə, eyni zamanda "YAŞAT" Fondu tərəfindən 17 nəfər əməliyyata cəlb olunub, bunların içərisində ağır yaralı olan qazilər də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti