...

Transfer olunan tələbə hansı hallarda ödənişsiz təhsil ala bilər?

Cəmiyyət Materials 4 Fevral 2021 16:41 (UTC +04:00)
Transfer olunan tələbə hansı hallarda ödənişsiz təhsil ala bilər?

Bakı. İlhamə İsabalayeva – Trend:

Təhsil Nazirliyi tələbə köçürülməsi zamanı tələbənin hansı hallarda ödənişsiz təhsil ala biləcəyini açıqlayıb.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin məsləhətçisi Günay İsgəndərova deyib ki, əgər tələbə ödənişli əsaslarla oxuyursa, köçürülmə zamanı da ödənişli yerə köçürüləcək.

Onun sözlərinə görə, tələbə ödənişsiz təhsil alırsa, ixtisasını dəyişmədən digər hər hansı universitetə köçürülsə, bu halda ödənişsiz oxuyur. Əgər tələbə hər hansı ixtisasın əyani formasında oxuyursa, onun qiyabi formasına köçürülsə, bu halda da ödənişsiz təhsil alır. Üçüncü hal isə budur ki, tələbə ingilis dili qrupunda ödənişsiz oxuyursa, həmin ixtisassın Azərbaycan bölməsinə köçürülürsə, ödənişsiz oxuyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti