...

Azərbaycanda daha 814 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib

Cəmiyyət Materials 21 Mart 2021 16:26 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 814 yeni yoluxma faktı qeydə alınıb, 342 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 246 304 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 876 nəfər müalicə olunaraq sağalıb, 3 351 nəfər vəfat edib, aktiv xəstə sayı 10 077 nəfərdir.

Ölkədə son sutka ərzində 8 386, hazırkı dövrədək isə 2 776 535 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti