...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 4 Aprel 2021 15:12 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 932 vaksin vurulub.

Bu barədə Trend Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 451, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 481 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 947 745, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 590 914, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 356 831 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti