...

Mədəniyyət naziri koronavirusa yoluxub

Cəmiyyət Materials 21 Aprel 2021 13:50 (UTC +04:00)
Mədəniyyət naziri koronavirusa yoluxub

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycanın Mədəniyyət naziri Anar Kərimovdan yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb.

Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.

Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdiklərini bildiririk.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti