...

Aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı üçün 14 milyon manat ödəniləcək - Nazir

Cəmiyyət Materials 5 May 2021 13:31 (UTC +04:00)
Aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı üçün 14 milyon manat ödəniləcək - Nazir

Bakı. Elçin Mehdiyev - Trend:

Sosial həssas qrupdan olan tələbələrin təhsil haqqı üçün 14 milyon manat ödəniləcək.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin yarımillərə aid təhsil haqqı xərclərinin ödənilməsinə dair Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara dəyişiklik edildi.

Nazirin sözlrinə görə, qərarda edilən yeni dəyişikliyə görə 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək.

"Bu məqsədlə 14 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur. 2019/2020-ci tədris ilinin 2-ci yarımilində 15.209, 2020/2021-ci tədris ilinin 1-ci yarımilində 15.900 nəfərin təhsil haqqı ödənilmışdir. 2020-ci ildə ümumilikdə 20.800 tələbə bu imkandan yararlanıb".

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti