...

Azərbaycanda pensiyalar 10 faizdən çox artırılıb

Cəmiyyət Materials 20 May 2021 15:44 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

2021-c i il aprelin 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 220,1 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,2 faizini təşkil edir.

Trend-in məlumatına görə, onların 58,6 faizi yaşa, 29,9 faizi əlilliyə, 11,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz, cari ilin əvvəli ilə müqayisədəisə 8,9 faiz artaraq 329,2 manat təşkil edib və orta aylıq əmək haqqının 46,2 faizinə bərabər olub.

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 fevral tarixli 2491 nömrəli Sərəncamı ilə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci ilin 1 yanvar tarixindən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti