...

Sosial baxımdan həssas qrupa aid edilən tələbələrin NƏZƏRİNƏ - 2 gün qaldı

Cəmiyyət Materials 9 İyun 2021 16:03 (UTC +04:00)
Sosial baxımdan həssas qrupa aid edilən tələbələrin NƏZƏRİNƏ - 2 gün qaldı

Bakı. Elçin Mehdiyev – Trend:

E-telebe elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu davam edir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müraciətlərin qəbulu iyun ayının 11-dək aktiv olacaq.

Sözügedən qrupdan olan tələbələrin güzəştdən yararlana bilməsi üçün müraciətlərini qeyd edilən tarixədək tamamlayıb təsdiq etmələri nazirlik tərəfindən xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti