...

Xaçmaz rayonunun turizm zonalarında təmizlik aksiyasına başlanılıb (FOTO)

Cəmiyyət Materials 11 İyun 2021 17:28 (UTC +04:00)
Xaçmaz rayonunun turizm zonalarında təmizlik aksiyasına başlanılıb (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunun turizm zonalarında təmizlik aksiyasına başlanılıb.

Trend-in məlumatına görə, Yay mövsümünün gəlişi ilə əlaqədər olaraq Xaçmaz rayonunun turzim zonalarında yerləşən çimərliklərində təmizlik işlərinə start verilib. Sahilboyu ərazilərin təmizlənməsinə mənzil kommunal təsərrüfatı idarəsinin, yerli icra nümayəndəliklərinin və bələdiyyənin işçiləri eləcədə gənc könüllülər cəlb olunub. Çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb. Qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb, digər təmizlik işləri görülüb. Görülən tədbirlər nəticəsində Niyazabad kəndində və İstisu qəsəbədinin sahil zolaqları məişət tullantılarından təmizlənib. Toplanan zibil qalıqlarının xüsusi texnikalarla daşınması təmin edilib.

Çimərlik mövsümünə kimi Nabran turizm zonası da daxil olmaqla, bütün sahil zolaqlarının tullantılardan təmizlənməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti