...

“Azərbaycan Sənaye Korporasiyası” və onun törəmə müəssisələri 100 aztəminatlı qazi ailəsinə ərzaq yardımı edib (FOTO)

Cəmiyyət Materials 25 İyun 2021 16:03 (UTC +04:00)

Bakı. Trend:

Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də Vətən Müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbiçilərimizə diqqət və qayğının göstərilməsidir. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının ən bariz nümunəsi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondunun yaradılması olub.

Bu humanitar missiyanın davamı olaraq 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti və onun törəmə müəssisələri olan “Azəralüminium” MMC və “Azərpambıq ASK” MMC tərəfindən Bakı və Gəncə şəhərlərində yaşayan İkinci Qarabağ müharibəsi zamanı böyük qələbə uğrunda sağlamlığını itirmiş 100 nəfər aztəminatlı qazi ailəsinə ərzaq yardımı edilib.

Qalibiyyət sevincini xalqımıza bəxş edən qazilərimiz və onalrın ailələri dövlətimiz tərəfindən göstərilən dəstəyə görə aksiya iştirakçılarına təşəkkür ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti