Mağazalarda nə üçün 30 qəpiklik çörək yoxdur? - AÇIQLAMA

Mağazalarda nə üçün 30 qəpiklik çörək yoxdur? - AÇIQLAMA

Bakı. Çingiz Səfərli - Trend:

Dövlət çörəyin qiymətinin bahalaşmaması istiqamətində tədbirlər görür. Lakin əksər mağazalarda 30 qəpiklik zavod çörəyi tapmaq mümkün deyil. Çəkisindən asılı olaraq, təklif olunan çörəyin qiyməti 40-50 qəpikdən başlayır. Çörəyin gündəlik istehlak olunan məhsullardan olduğunu nəzərə alsaq, bu da aztəminatlı ailələrin dolanışığına müəyyən qədər təsir göstərir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən millət vəkili Vüqar Bayramov çörəyə olan tələbin ödənilməsində yerli istehsalla yanaşı, idxalın payının da kifayət qədər olduğunu bildirib. Onun sözlərinə görə, idxaldan asılılıq azaldılsa, taxıl istehsalçıları ilə yanaşı, un, çörək və un məmulatı istehsalçılarına müəyyən güzəştlər edilsə, o zaman çörəyin qiyməti də optimallaşar: "Nəzərə alsaq ki, pandemiyadan əvvəlki il Azərbaycan 1 milyon 396 min ton buğda idxal etmişdi, bu, 297 milyon dollar vəsaitin xərclənməsi deməkdir. Eyni zamanda, buğda idxalı ilə yanaşı, Azərbaycan xarici ölkələrdən buğda unu da idxal edib. Bu da ondan xəbər verir ki, bütövlükdə una və taxıla tələbatın ödənilməsində idxal yenə xüsusi paya malikdir. Tələbin tamamilə yerli istehsal hesabına formalaşa bilməməsi qiymətlərə təsir göstərən faktorlardan biridir. Eyni zamanda, ölkədə yetişdirilən taxılın bir hissəsi un məqsədilə alınmır. Bunun da əsas səbəbi keyfiyyət göstəricilərinə uyğun olmamasıdır. Nəticə etibarilə də bu, sahibkarların xərcinə birbaşa təsir göstərir. Təbii ki, çörək Azərbaycanda gündəlik istehlak olunan məhsullardan biridir və onun qiymətinin artmasının istehlak bazarına psixoloji təsirləri var. Bu baxımdan, çörəyin qiymətinin aşağı salınması və ya stabilləşməsi baxımından ilk növbədə idxaldan asılılığın aradan qaldırılması çox vacibdir. Bunun üçün fermerlərin taxıl fondu tərəfindən alına biləcək keyfiyyətli taxıl istehsalının təşfiqi üçün də işlərin genişləndirilməsinə ehtiyac var. Taxıl strateji məhsul olduğu üçün ona 2 dəfə daha çox subsidiya ödənilir. Amma daha məqsədəuyğun olardı ki, subsidiya mexanizmi genişləndirilsin. Yalnız taxıl yetişdirən deyil, un, çörək və çörək məmulatları istehsal edən saibkarlar da müəyyən güzəştlərdən faydalansınlarlar. Onlara güzəştlərin edilməsi, xərclərin də azalmasına gətirib çıxaracaq. Dolayı yolla bu da çörəyin qiymətinə təsir edəcək. Daha məqsədəuyğun olardı ki, bu istiqamətdə təşfiq pakertlərinin genişləndirilməsi müzakirə olunsun".

Trend-ə açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov isə bildirib ki, çörəyin qiyməti tənzimlənən qiymət deyil və dövlətin çörəyin qiyməti üzərində bəlli bir nəzarət mexanizmi yoxdur: "Sadəcə, Azərbaycanda çörək həssas əmtəə hesab olunduğundan, əksər hallarda dövlət çörəyin qiymətinin bahalaşmaması üçün əlində olan alətlərdən istifadə edir. Məsələn, taxıla, una ƏDV-nin tətbiq edilməməsi, çörək istehsalının vergi yükünün azaldılması və s. Bu, mümkün qədər çörək istehsalında maya qiymətinin aşağı düşməsini təmin edir. Beləliklə, cəmiyyətdə belə bir təəssürat yaranıb ki, çörəyin qiyməti tənzimlənəndir. Lakin dediyim kimi, qiymət tənzimlənən deyil, burada qərar verən tərəf birbaşa olaraq istehsalçıdır. Bu gün 30 qəpiklik çörəyin istehsalı texniki cəhətdən müəyyən qədər çətinlik yaradır. Həmin çörəklər çox quru və çox kiçik olduğundan, keyfiyyət baxımından digərlərindən geri qalır. Buna görə də əksər hallarda istehsalçılar belə çörəyi istehsal etməkdən çəkinirlər. Belə olduğu təqdirdə, 30 qəpiklik çörək dövriyyədən yığışdırılır və əvəzində satışa təxminən eyni ölçüdə 40 qəpiklik çörəklər çıxarılır. Əksər hallarda istehlakçılar birbaşa çörəyin qiymətinə diqqət edirlər. Amma nəzərə almaq lazımdır ki, maya dəyərinin artması istənilən formada çörəyin çəkisində öz əksini tapır. İstehsalçılar çəkini azaltmaqla maya dəyərində yaranmış təzyiqləri neytrallaşdırmağa çalışır ki, bu da normal haldır.

Ekspert onu da bildirib ki, Azərbaycan cəmiyyətində çörək faktoru kifayət qədər şişirdilib: "Təsəvvür edin ki, çörəkdən başqa gündəlik istehlak olunan çox sayda digər məhsul və xidmət növləri də var. Bu məhsul və xidmət növlərinin ailə büdcəsinin formalaşmasındakı xüsusi çəkisi çörəklə müqayisədə daha çoxdur. Bir nəfər ay ərzində ən yaxşı halda 25 ədəd çörək istehlak edə bilər. Hətta bəzən bu, 20-dən də azdır. Çörəyin qiymətinin 10 qəpik dəyişməsi onun aylıq xərcinin 2-2,5 manat artmasına gətirib çıxarır. Hansı ki, digər məhsulların qiymətləri sürətlə artır və bunun onların aylıq büdcəsində təsiri daha böyükdür. Nədənsə psixoloji faktor kimi çörək faktoru cəmiyyətdə daha çox müzakirə olunur".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da məsələ ilə bağlı Trend-ə açıqlama verib. Bildirib ki, çörəyin qiymətinin artması ilə bağlı Azad İstehlakçılar Birliyinə hər gün 4-5 telefon zəngi daxil olur: "Əhali bilməlidir ki, azad bazar iqtisadi şəraitində çörəyin qiyməti sərbəstdir. Kim neçə qramlıq çörəyi neçəyə istəsə, sata bilər. Lakin sosial çörək dediyimiz 30 qəpiklik zavod çörəyi də var. Bu çörəyin qiymətini sabit saxlamaq üçün dövlət iş aparır. Onların qiymətində dəyişiklik olmayıb. Əgər belə getsə, onların bir çoxu bahalaşacaq. Bolluq, azad rəqabət şəraiti yaratmaq lazımdır ki, qiymətlər aşağı düşsün. Çörəyin qiymətinin qalxmasında əsas səbəbkarlardan biri marketlərdir. Təəssüf ki, markertlərlə bağlı güclü iş aparılmır".

"Tokio-2020": Boksçumuz Cavid Çələbiyev mübarizəni dayandırıb
"Tokio-2020": Boksçumuz Cavid Çələbiyev mübarizəni dayandırıb
Olimpiya Oyunlarında qızıl medal qazanaraq "İnstagram"da məşhur oldu
Olimpiya Oyunlarında qızıl medal qazanaraq "İnstagram"da məşhur oldu
Britaniyalı triatlonçular qarışıq estafetdə ilk Olimpiya çempionu oldular
Britaniyalı triatlonçular qarışıq estafetdə ilk Olimpiya çempionu oldular
Loading Bars
Xəbər lenti
Fəlakət zonasının sakinləri bütün tələb olunan yardımı alacaqlar - Ərdoğan
Polisi bıçaqlayan şəxslə bağlı prokurorluqda cinayət işi açılıb
Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb
Harda ki, haqsızlıq var, onu çəkib dünyaya göstərmək istəmişəm - Reza Deqati
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Türkiyədə olan FHN-in yanğınsöndürmə qüvvələri yanğınlarla mübarizəni davam etdirir (FOTO/VİDEO)
Türkiyədə 98 meşə yanğınından 88 -i lokallaşdırılıb
Bakıda məşhur fotoqraf Reza Deqatinin fotolarından ibarət sərgi təşkil olunub (FOTO)
Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanının nəticələri açıqlanıb
Birinci vitse-prezident Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini təbrik edib
FHN-nin yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşür (FOTO)
İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO)
Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir (FOTO)
Azərbaycanda 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb
Antalyada yanğın nəticəsində ölənlərin sayı beşə çatıb
“Marş İrəli” layihəsi çərçivəsində növbəti tədbir keçirilib (FOTO)
Bu gün Bakıda 546 küçə dezinfeksiya edilib (FOTO)
Azərbaycanın neft ixracı 4,8 faiz azalıb
“Müzəffər Sərkərdə, yenilməz Ordu” adlı vətənpərvərlik tədbiri keçirilib (FOTO)
Həbs müddəti başa çatmış şəxslər özünüməşğulluq proqramlarına cəlb edilir
Azərbaycan Ordusunun əsgəri həlak olub
Könül Nurullayeva Türkiyə mətbuatında Bakı bəyannaməsinin strateji əhəmiyyətini şərh edib
Həyətində narkotik tərkibli bitkilər yetişdirən Masallı sakini ələ keçdi
FHN-də yanğın təhlükəsizliyi ilə bağlı əməliyyat müşavirəsi keçirilib
"YAŞAT" düşərgəsinin ikinci həftəsi başa çatıb (FOTO)
Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub (FOTO)
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidentini təbrik edib
İdarələrarası Mərkəzin İşçi qruplarının Hadrutda keçirilən birgə iclasında Qarabağda görülən və görüləcək işlər müzakirə edilib (FOTO)
Bakıda narkotik vasitələrin onlayn yolla satışını həyata keçirən şəxs saxlanılıb (FOTO/VİDEO)
Cari ilin 6 ayı ərzində ölkədə qaz hasilatı və ixracı artıb
Ermənistanın Azərbaycan Ordusu tərəfindən atəş açılması ilə bağlı yaydığı məlumatın heç bir əsası yoxdur - MN
Milli Məclisin İntizam komissiyasının Eldəniz Səlimova görə toplanacağı vaxt açıqlandı
Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib
İranda daha 286 nəfər koronavirusdan ölüb
Təkrar MİQ imtahanlarının keçiriləcəyi tarix açıqlandı
Sabunçuda dənizdə batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib
Şabranda şənlik mərasimində pandemiya dövrünün tələbləri kobud şəkildə pozulub
ABADA-nın baş katibinin müavini vəfat edib
Gömrük nəzarətinə bəyan edilməyən zərgərlik məmulatları aşkarlanıb
Polis “KamAZ” akkumulyatorları oğurlayan şəxsləri saxlayıb (FOTO)
Xaricdə təhsil almış məzunlar Ağdama səfər edib (FOTO)
İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Azərbaycan yanğınsöndürənləri qardaş ölkə Türkiyədə yanğınların söndürülməsində iştirak edirlər (VİDEO)
Bakıda ağır yol qəzası: Ölən var
Tokioda gündəlik koronavirusa yoluxma rekordu yenilənir
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycan dövləti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyənin yanındadır - Vüqar Rəhimzadə
Siyəzəndə qaydaları pozan şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb olunub
"Ceyranları qoruyaq!” ekoloji yay düşərgəsi uğurla başa çatdı (FOTO)
Paytaxtda iməclik keçirilib (FOTO)
İşğaldan azad edilmiş ərazilərin bərpası layihələrinin icrasına mane olmaq mümkün deyil - Naqif Həmzəyev
Ermənistan Azərbaycana qarşı hələ də ərazi iddiaları ilə çıxış edir - Leyla Abdullayeva
Pakistan daim Azərbaycanın yanındadır - Səfir
Türkiyədə meşə yanğınlarından təsirlənən bölgələr fəlakət zonası elan edilib
Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub (FOTO)
Son üç ildə sosial ödənişlər 2,4 milyard manat artıb - Sahil Babayev
Flora Kərimovaya “Şərəf” ordeni və Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Zəngilan və Cəbrayıla vurulmuş zərərlə bağlı araşdırma materialları Baş Prokurorluğa təqdim edilib
Deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi üçün Milli Məclisə təqdimat göndərilib
Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək
Kürdəmirdə 53 yaşlı kişi həmkəndlisi tərəfindən öldürülüb
Azərbaycanda Aİ-98 markalı benzin niyə tapılmır? - Rəsmi AÇIQLAMA
Polisi bıçaqlayan şəxs saxlanılıb
Restoran sahibi 10 gün inzibati həbs edildi (FOTO)
Əlaqələndirmə Qərargahının nəzdində Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Binəqədidə qadın bıçaqlanaraq öldürülüb
Cəlilabadda karantin qaydalarını pozan şadlıq evi 4000 manat cərimələnib
Ötən gün toylarla bağlı qaydaları pozan 84 nəfər cərimələnib, 1 nəfər həbs olunub
Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı
Azərbaycanda mehmanxanalardan əsasən bu ölkələrin vətəndaşları istifadə edib
Hacıqabulda saxlanılan şəxslərdən "patı" və heroin aşkarlandı (FOTO)
Ermənistanın yaydığı dezinformasiyalar itkilərini erməni cəmiyyətinin gözündə pərdələməyə hesablanıb - Ekspert
Şirvanda növbəti narkotik əməliyyatı: Daha beş nəfər narkotiklərlə tutuldu (FOTO)
Bakıda 2 otaqlı mənzil yanıb
"Tokio-2020": Boksçumuz Cavid Çələbiyev mübarizəni dayandırıb
Olimpiya Oyunlarında qızıl medal qazanaraq "İnstagram"da məşhur oldu
Gömrükdə qanunsuz keçirməyə cəhd zamanı saxlanılan pulların aqibəti necə olur? - AÇIQLAMA
Bezos dünyanın ən varlı insanı statusunu itirdi
Tokio Olimpiadasında koronavirusa yeni yoluxma halları qeydə alınıb
İsrail polisi ilə toqquşmalarda 270 fələstinli xəsarət alıb
Britaniyalı triatlonçular qarışıq estafetdə ilk Olimpiya çempionu oldular
İraqda neft emalı müəssisəsi raket hücumuna məruz qalıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 16 mini ötüb
İraqda silahlı hücum nəticəsində 7 nəfər ölüb
Peruda 6,2 bal gücündə zəlzələ olub
Azərbaycan yanğınsöndürənləri Türkiyəyə çatıblar (FOTO)
Berlində atışma olub, 4 nəfər yaralanıb
Türkiyədə son sutkada koronavirusdan 5 752 nəfər sağalıb
Yaxın zamanlarda "ROSEKSİMBANK"ın Azərbaycanda nümayəndəliyinin açılması məsələsi nəzərdən keçirilmir - Sədr
Samuxda toy qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Ərəb koalisiyası husilərin PUA-sını məhv edib
Türkiyədə 81 meşə yanğınından 70-i lokallaşdırlıb
Azercell-dən Türkiyədəki abunəçilərinə dəstək!
Britaniyada koronavirusa yoluxanların sayı 5,83 milyonu ötdü
Güləşçilərimiz Tokioda məşqlərə başladı
USAID Azərbaycanda qadın sahibkarlığının inkişafına həsr olunmuş dəyirmi masa təşkil edib (FOTO)
Azərbaycanın 187 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
Daxili İşlər Nazirliyi meşə yanğınlarının eyni vaxtda başlamasının səbəbini araşdırır - Ərdoğan
CBC teleradio şirkətində kadr islahatları aparılıb
Azərbaycanın dünya ölkələrinə peyk telekommunikasiya xidmətlərinin dəyəri məlum olub
Bütün xəbərlər