...

Azərbaycanda 671 nəfər COVID-19-a yoluxub, 202 nəfər sağalıb

Cəmiyyət Materials 1 Avqust 2021 16:41 (UTC +04:00)
Azərbaycanda 671 nəfər COVID-19-a yoluxub, 202 nəfər sağalıb

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 671 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 344 520 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 128 nəfər müalicə olunaraq sağalıb, 5 027 nəfər vəfat edib, aktiv xəstə sayı 6 365 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 400, ötən müddət ərzində isə ümumilikdə 4 043 740 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti