...

ADPU kollektivi universitetin 100 illiyi münasibəti ilə Fəxri xiyabanda və Şəhidlər xiyabanında olub (FOTO)

Cəmiyyət Materials 27 Avqust 2021 10:52 (UTC +04:00)
ADPU kollektivi universitetin 100 illiyi münasibəti ilə Fəxri xiyabanda və Şəhidlər xiyabanında olub (FOTO)

Bakı. Trend:

Avqustun 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi münasibətilə universitet rəhbərliyi, fakültə dekanları, ictimai və tələbə təşkilatlarının nümayəndələri Fəxri xiyabanda, Şəhidlər xiyabanında və İkinci Fəxri xiyabanda olublar.

Əvvəlcə kollektiv Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiramını bildirdi, abidəsi önünə əklil qoydu.

Daha sonra görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva, dövlət və ictimai xadim Əziz Əliyev və əməkdar elm xadimi, professor Tamerlan Əliyevin xatirələrini ehtiramla anaraq məzarları üzərinə gül dəstələri düzdü.

ADPU kollektivi Pedaqoji Universitetin 100 illik fəaliyyəti dövründə yetişdirdiyi akademiklər Yusif Məmmədəliyev, Heydər Hüseynov, Zahid Xəlilov, xalq şairi Səməd Vurğun, İsmayıl Şıxlı, Süleyman Rəhimov, dövlət və ictimai xadim Şıxəli Qurbanov, Sovet İttifaqı Qəhrəmanları Xıdır Mustafayev, Fariz Səfərov, Səlahəddin Kazımov və başqalarının məzarlarını da ziyarət etdi.

Sonra Şəhidlər xiyabanını ziyarət edən kollektiv Şəhidlər xiyabanında əbədi məşəl kompleksi önünə əklil qoydu, şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər.

Daha sonra İkinci Fəxri xiyabanı ziyarət edən universitet kollektivi Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi önündə öz ehtiramını bildirdi.

Universitetin rektoru, professor Cəfər Cəfərov çıxış edərək qeyd edib ki, bundan bir əsr öncə məhz bu gün böyük ictimai-siyasi xadim Nəriman Nərimanovun imzaladığı dekretlə anadilli ilk ali təhsil müəssisəsi kimi fəaliyyətə başlayan Pedaqoji Universitet bu gün ölkəmizin ən geniş şəbəkəyə malik və köklü universitetlərindən birididir. Universitetin inkişafının böyük bir dövrü birbaşa ümummilli lider Heydər Əliyevin adıyla bağlıdır. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də müəllim yetişdirilməsi işinə həmişə yüksək diqqət göstərmiş və 17 aprel 2021-ci il tarixində “Azərbaycan Dövlət Pedaqoji Universitetinin yüz illik yubileyinin qeyd edilməsi haqqında” imzaladığı Sərəncam ADPU-nun fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Universitet olaraq bu etimadın məsuliyyətini tam dərk edirik.

Pedaqoji Universitet ən müasir bilik və bacarıqlara, yüksək milli-əxlaqi dəyərlərə malik müəllim kadrları yetişdirmək işini bundan sonra da şərəflə davam etdirəcəkdir.

Bu əziz gündə Vətənimizin azadlığı və dövlətimizin müstəqilliyinin qorunması uğrunda canından keçən müqəddəs şəhidlərimizin xatirəsini yad etmək hər birimizin borcudur.

Ziyarətlə bağlı qısa videoreportajı buradan izləyə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti