...

Azərbaycanda 3 107 nəfər koronavirusa yoluxub, 39 nəfər vəfat edib

Cəmiyyət Materials 30 Avqust 2021 17:12 (UTC +04:00)
Azərbaycanda 3 107 nəfər koronavirusa yoluxub, 39 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 107 yeni yoluxma faktı qeydə alınıb, 1 770 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 421 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 362 898 nəfər müalicə olunaraq sağalıb, 5 592 nəfər vəfat edib, aktiv xəstə sayı 52 613 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 191, ötən müddət ərzində isə ümumilikdə 4 442 244.test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti