...

Azərbaycanda çoxuşaqlı analara müavinət təyin olunması qaydası dəyişib - QƏRAR

Cəmiyyət Materials 29 Sentyabr 2021 18:26 (UTC +04:00)
Azərbaycanda çoxuşaqlı analara müavinət təyin olunması qaydası dəyişib
 - QƏRAR

Bakı. Trend:

Azərbaycanda çoxuşaqlı analara müavinət təyin olunması qaydası dəyişib. Artıq 3 deyil, 5 və daha çox uşaqlı analar çoxuşaqlı analar sayılacaq.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda etdiyi dəyişikliklə bağlı qərarda öz əksini tapıb.

Çoxuşaqlı analara yaşa görə müavinətin təyin edilməsi üçün qadının 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı tələb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti