...

İtaliyada əlverişsiz hava şəraitinə görə bir sıra yerlər bağlanıb

Cəmiyyət Materials 25 Oktyabr 2021 03:31 (UTC +04:00)

Bakı. Trend:

İtaliyanın Kalabriya bölgəsi və Sisiliya adasının hakimiyyəti gözlənilən qasırğa səbəbindən bir neçə vilayətdə təhsil müəssisələrini, parkları, qəbiristanlıqları və vaksinasiya mərkəzlərini bağlamağa qərar verib.

Trend-in məlumatına görə, bu barədə İtaliya Mülki Müdafiə Departamentinin saytında bildirilib.

Məlumata əsasən, bazar, bazar ertəsi Sisiliyanın şərqində və Kalabriyanın bir sıra ərazilərində qırmızı hava təhlükəsi elan edilib.

"La Stampa" qəzetinin verdiyi məlumata əsasən, Sisiliyada güclü külək ağacları yıxıb. Skordiya yaşayış məntəqəsində (Kataniya vilayətu) su axınları bir neçə avtomobili aparıb. Avtomobil yollarında, xüsusən Palermodan Kataniyaya gedən yolda nəqliyyatın hərəkətində çətinliklər qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti