...

Bakıda beşmərtəbəli binanın tikintisi dayandırıldı (FOTO/VİDEO)

Cəmiyyət Materials 26 Oktyabr 2021 11:04 (UTC +04:00)
Bakıda beşmərtəbəli binanın tikintisi dayandırıldı (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19 ünvanında yerləşən “Xəlili Plaza” adlanan mövcud beşmərtəbəli qeyri-yaşayış binasının üzərində müvafiq sənədlər olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti