...

Azərbaycanda 1 904 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb

Cəmiyyət Materials 23 Noyabr 2021 18:32 (UTC +04:00)
Azərbaycanda 1 904 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 904 yeni yoluxma faktı qeydə alınıb, 1 833 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 576 703 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 541 327 nəfər müalicə olunaraq sağalıb, 7 686 nəfər vəfat edib, aktiv xəstə sayı 27 690 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 194, ötən müddət ərzində isə ümumilikdə 5 461 573 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti