...

Beynəlxalq yarışlarda fəal iştirak etmiş Səbail məktəbliləri Fəxri Fərmanlarla təltif olundular (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2021 20:02 (UTC +04:00)
Beynəlxalq yarışlarda fəal iştirak etmiş Səbail məktəbliləri Fəxri Fərmanlarla təltif olundular (FOTO)

Bakı. Trend:

Dekabrın 30-da Beynəlxalq yarışlarda yüksək nəticə göstərmiş Səbail məktəbliləri ilə Səbail Rayon İcra Hakimiyyətində görüş keçirilib.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, məktəb direktorları və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalov öncə tədbir iştirakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. RİH başçısı qeyd edib: “Ölkəmizdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, yenilikçi ideyalarının reallaşdırılması, ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində bütün addımlar atılır, lazımi şərait yaradılır. Müstəqilliyin bizə qazandırdığı ən böyük töhfələrdən biri də gənc nəslin milli ruhda tərbiyəsi, hərtərəfli inkişafı üçün yaranmış mühitdir. Son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. 44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın bəşəri qələbəsi oldu. Bu qələbə həm də Azərbaycan gəncliyinin qüdrəti kimi tarixləşdi. Bu gün Azərbaycan gəncliyinə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir”.

Daha sonra Beynəlxalq idman, musiqi və bilik yarışlarında uğur qazanmış şagirdlər Səbail RİH başçısının Fəxri Fərmanları, eyni zamanda Avro 2020-də könüllü kimi fəaliyyət göstərmiş Azərbaycan Dövlət Pedoqoji Universitetinin və Azərbaycan Dövlət Dəniz Akademiyasının bir qrup tələbəsi Təşəkkürnamələr ilə təltif olunublar. Uğur əldə etmiş gənclər təltifləri ilə bağlı xoş təəsüratlarını bölüşüblər.

Sonda şagirdlər və təhsil işçiləri ilə xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti