...

Məktəblərdə 20 Yanvarla bağlı xüsusi dərslər keçiriləcək

Cəmiyyət 17 Yanvar 2022 15:31 (UTC +04:00)
Məktəblərdə 20 Yanvarla bağlı xüsusi dərslər keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Humay Ağacanova - Trend:

Təhsil naziri Emin Əmrullayev "20 Yanvar faciəsinin otuzikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında əmr imzalayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, əmrə əsasən yanvarın 19-da ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək.

Tədbirlər Planına əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və "dəyirmi masa"ların da keçirilməsi nəzərdə tutulur.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti