...

Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır - Prokurorluq

Cəmiyyət 18 Yanvar 2022 21:56 (UTC +04:00)
Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır - Prokurorluq

Bakı. Trend:

Yanvarın 18-də 1996-cı il təvəllüdlü Vüqar Məmmədovun Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilmişdir.

Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti