...

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib

Cəmiyyət Materials 3 Fevral 2022 16:46 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Trend-ə bildirib ki, yol-nəqliyyat hadisələri içərisində diqqət çəkən məqamlardan biri də bu və ya digər səbəblərdən nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində dayandırılması zamanı öz təhlükəsizliklərinə biganə yanaşan sürücü və ya sərnişinlərin sol tərəfdən qapını açıb yerə düşərkən diqqətsizliyə yol vermələri və ona görə də ağır qəzaların qurbanlarına çevrilmələridir.

"Hava və yol şəraitinə, məhdudiyyətli görünməyə, sutkanın işıqlı yaxud qaranlıq olmasına, nəqliyyatın hərəkət şiddətinə əhəmiyyət vermədən bir müddət avtomobili idarə etdikdən sonra yolun hərəkət hissəsində saxlayıb dərhal yerə düşən sürücülər, eləcə də sol tərəfdən avtomobildən düşən sərnişinlər, təəssüf ki, özləri ilə yanaşı digər hərəkət iştirakçılarını hansı təhlükəyə atdıqlarının fərqində olmurlar.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır. Bu tələb sürücülərlə yanaşı sərnişinlərə də şamil olunur. Sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın.

Baş Dövlət Yol Polisi İdarəsi göstərilən səbəblərdən insanların ölümü və ya xəsarət alması nəticələnən onlarla yol-nəqliyyat hadisələrinin baş verdiyini əhalinin diqqətinə çatdırır və hərəkət iştirakçılarına müraciət edərək nəqliyyat vasitələrinə minib-düşərkən ehtiyatlı olmağı, qanunla tələb olunan qaydalara əməl etməyi, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağı xahiş edir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti