Bakı. Trend:
"Holcim" şirkəti biomüxtəliflik və təbii ehtiyatları bərpa etməklə və qorumaqla, həmçinin şəhərlərdə yaşıllığı artırmaqla təbiəti mühafizə strategiyasını qlobal səviyyədə təqdim edib. Şirkətin biomüxtəlifliyə müsbət təsiri innovativ bərpa planlarına əsaslanır və Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (IUCN) ilə tərəfdaşlıq əlaqələri çərçivəsində yaradılmış elmi əsaslı metodlarla qiymətləndirilir. "Holcim" təbiəti mühafizə strategiyası sayəsində elmi əsaslı biomüxtəliflik hədəflərinə malik 500 ən böyük qlobal şirkətdən birinə və öz sektoru üzrə su ehtiyatlarının artırılması öhdəliyi olan ilk şirkətə çevrilib.
Ekologiya və təbii sərvətlər nazirinin cənab Muxtar Babayev Qaradağ Sement Zavoduna səfəri zamanı ona milli səviyyədə fəaliyyət planı təqdim edilib. "Holcim Azərbaycan"ın baş icraçı direktoru Xalid Samaka 2019-cu ildən şirkətin müvəffəqiyyətlə həyata keçirdiyi layihələrdən bəhs edib. Bu layihələrə xammal tullantılarının istehsal prosesinə inteqrasiyası, çirkab suların təmizlənməsi üçün sistemin yaradılmasl, yol infrastrukturu üçün innovativ məhsulların hazırlanması, həmçinin tullantıların idarə edilməsi və sirkulyar istehsal üzrə həllərin təqdim olunması daxildir. Xalid Samaka çıxış edərkən bu fikirləri səsləndirib: "Böyük məmnuniyyətlə bildirmək istərdim ki, həyata keçirdiyimiz hər bir işdə təbiətin mühafizəsini ön planda tutaraq biomüxtəliflik və təbii ehtiyatların idarəçiliyini yaxşılaşdırmaq üçün elmi əsaslı mühüm addımlar atırıq. "Sıfır emissiya" öhdəliyimizi həyata keçirmək üçün təbiətin mühafizəsinə yönələn həllərimiz iqlim dəyişikliyinin təsirini azaltmaqda və fəaliyyətimizin davamlılığını artırmaqda vacib rol oynayır. Təbiəti mühafizə strategiyası ölkənin inkişafını dəstəkləmək məqsədimizin mühüm hissəsidir". "Holcim"in təbiəti mühafizə strategiyasının icrası həm tikinti materialları sektorunda, həm də bütün sənayedə əhəmiyyətli dəyişikliklərlə nəticələnə bilər. Sağlam və davamlı cəmiyyətlər yaratmaq amalı ilə etibar etdiyimiz ekosistemləri qoruya və bərpa edə bilmyimiz üçün bütün müəssisələr bu istiqamətdəki addımlarını sürətləndirməlidirlər".
Nazir Muxtar Babayev “Holcim Azərbaycan”ın ətraf mühitin muhafizəsinə və yasıllıq sahələrin artirilmasına verdiyi dəstəyi təqdirə laiq olduğunu bildirmişdir və gələcək əməkdaşlığın perspektivləri barədə fikir mubadiləsi aparmişdir.Sonra nazir agacəkmə aksiyasına qoşulub və ərazidə quraşdırılan çirkab su təmizləyici qurğuya baxış keçirib. Bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə "Holcim Azərbaycan" şirkətinin birgə həyata keçirdiyi ikinci fəaliyyətdir.