...

"Buta Airways" martın 3-nə Kiyevə olan reysini ləğv edib

Cəmiyyət Materials 28 Fevral 2022 15:23 (UTC +04:00)
"Buta Airways" martın 3-nə Kiyevə olan reysini ləğv edib

Bakı. Fərid Zöhrabov - Trend:

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Ukraynada davam edən qeyri-sabit vəziyyətlə əlaqədar martın 3-nə planlaşdırılan Bakı-Kiyev-Bakı marşrutu üzrə sərnişin reysini ləğv etdiyini açıqlayıb.

“Buta Airways”dən Trend-ə verilən məlumata görə, ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər.

“Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik”, - məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti