...

Media nümayəndələri müddətdən artıq hərbi qulluğa qəbul prosesini izləyiblər (FOTO)

Cəmiyyət Materials 5 Mart 2022 10:56 (UTC +04:00)
Media nümayəndələri müddətdən artıq hərbi qulluğa qəbul prosesini izləyiblər (FOTO)

Bakı. Samir Əli - Trend:

Bu gün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə müddətdən artıq hərbi qulluqçu (MAXE) olmaq istəyən şəxslərlə bağlı qəbul proseslərinin izlənilməsi məqsədilə media tur təşkil edilib. Burada xidmətə qəbul olmaq istəyən şəxslər müraciətlərinə baxılıb, adiyyatı üzrə komisiyalardan keçirilib.

Trend xəbər verir ki, Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin rəisinin müavini, polkovnik Vidadi Cahangirov jurnalistlərə açıqlamasında bildirilib ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək olan vətəndaşlar hərbi birliklərin, qoşun növlərinin, hərbi hissələrin qərargahlarında, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilirlər.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti