...

Məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi tələbi qüvvədə saxlanılır - DİN

Cəmiyyət Materials 9 Mart 2022 16:24 (UTC +04:00)
Məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi tələbi qüvvədə saxlanılır - DİN

Bakı. Samir Əli - Trend:

Xüsusi karantin rejimi çərçivəsində fəaliyyətinə icazə verilən iş və xidmət sahələri ilə bağlı nəzarət profilaktik tədbirlər davam etdirilir.

Bunu Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

DİN rəsmisi deyib ki, bu sahədə sui-istifadə hallarının qarşısını almaq məqsədilə şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibinin həmin obyekt daxilində müvafiq məlumatları - mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış “icaze.e-gov.az” portalına daxil etməsi ilə bağlı tələb qüvvədə saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti