...

"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinin bayramda iş qrafiki açıqlanıb

Cəmiyyət Materials 18 Mart 2022 12:45 (UTC +04:00)
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinin bayramda iş qrafiki açıqlanıb

Bakı. Trend:

Novruz bayramı ilə əlaqədar 20-26 mart tarixində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, 20 mart tarixində vətəndaşlar şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətləri üzrə yalnız hazır sənədlərin verilməsi xidmətindən yararlana bilərlər.

27 mart tarixindən etibarən vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

"ASAN kommunal" mərkəzlərində isə bazar günü qeyri-iş günüdür. Buna görə də, 27 mart tarixində "ASAN kommunal" mərkəzlərində iş günü olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti