...

"Azərpambıq ASK” MMC Novruz bayramı münasibətilə xeyriyyə tədbiri keçirib (FOTO)

Cəmiyyət Materials 19 Mart 2022 15:15 (UTC +04:00)
"Azərpambıq ASK”  MMC  Novruz bayramı münasibətilə xeyriyyə tədbiri keçirib (FOTO)

Bakı. Trend:

Xalqımızın milli adət-ənənə və dəyərlərini təcəssüm etdirən, birlik rəmzi sayılan Novruz bayramı ərəfəsində "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə müəssisəsi olan "Azərpambıq ASK" MMC tərəfindən silsilə şəkildə xeyriyyə tədbirləri keçirilir.

Cəmiyyətin əməkdaşları aksiya çərçivəsində K.Ağayev adına Biləsuvar Şəhər Texniki Fənlər Təmayüllü İnternat Tipli Məktəb Liseyin 50 nəfər sakininə baş çəkərək, müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatını onlara təqdim ediblər.

Uşaqlara bayram sevinci, xoş əhval-ruhiyyə bəxş edən bu tədbir "Uşaqlara qayğı və diqqət ənənəsi davam etdirilir" şüarı altında təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti