Bakı. Trend:
Xalqımızın milli birliyinin və dəyərlərinin rəmzlərindən sayılan Novruz bayramı münasibətilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin kollektivi torpaqlarımızın bütövlüyü uğrunda həlak olan igid Vətən oğullarımızın doğmalarına baş çəkərək Gəncə şəhəri üzrə 200 şəhid ailəsinə ərzaq payları təqdim ediblər.
Dövlətimiz tərəfindən daim diqqət mərkəzində olduqlarını bildirən şəhid ailələri onlara göstərilən qayğı və şəfqətə, dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.