...

Çalışırıq Bakıda keçirilən Dünya Kuboku yarışlarında yaxşı nəticə göstərək - ukraynalı gimnast

Cəmiyyət Materials 2 Aprel 2022 22:06 (UTC +04:00)
Çalışırıq Bakıda keçirilən Dünya Kuboku yarışlarında yaxşı nəticə göstərək - ukraynalı gimnast
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kubokunda yaxşı nəticələr göstərməyə çalışırıq.

Bu barədə şənbə günü Trend-ə paralel qollarda hərəkətlər üzrə Dünya Kubokunda qızıl medal qazanan Ukrayna idmançısı İlya Kovtun deyib.

"Səfərdən təəssüratlarımız yaxşıdır, Bakıya yarışların başlanğıcına bir həftə qalmış gəlmişik. Bizi səmimi qarşıladılar, yarışa hazırlıq yaxşı keçdi, Azərbaycan Gimnastika Federasiyası çox kömək etdi, hər cür şərait yaratdı. Biz də öz növbəmizdə yaxşı nəticə göstərməyə çalışırıq”, - deyə o bildirib.

Ukraynalı idmançının sözlərinə görə, gərgin məşq yarışda yaxşı nəticə əldə etməyə kömək edib.

"Çətin məşqlər qələbə qazanmağa kömək etdi. Bu gün paralel qollar üzərində proqramı yaxşı yerinə yetirməyi bacardım. Xalçada sərbəst hərəkətlərdə də medal qazanacağımı gözləyirdim, lakin səhv etdim, bu o deməkdir ki, dahayarışlarında iştirak edəcəm, proqramı səhvsiz başa vurmağa çalışacağam”, - deyə o, yekunlaşdırıb.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Bakıda Milli Gimnastika Arenasında daha bir mötəbər yarış - kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Yarışda dünyanın 34 ölkəsindən 145 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti