Bakı. Trend:
Prezident yanında Ali Attestasiya Komissiyası mart ayı üçün elmi dərəcə və elmi ad alan, xarici ölkədə verilən elmi dərəcə haqqında sənədi tanınmış iddiaçıların sayını açıqlayıb.
Komissiyadan Trend-ə verilən məlumata görə, mart ayında 48 nəfər fəlsəfə doktoru, 5 nəfər elmlər doktoru dərəcəsi alıb.
Eyni zamanda ötən ay 26 nəfərə dosent, 2 nəfərə professor elmi adı verilib, 4 nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınıb.
Ötən ay 21 nəfərə elmi dərəcə, 1 nəfərə isə elmi ad verilməsindən imtina edilib.