...

Gecə klubundakı partlayışda xəsarət alanların son vəziyyəti açıqlanıb

Cəmiyyət Materials 6 Aprel 2022 14:28 (UTC +04:00)
Gecə klubundakı partlayışda xəsarət alanların son vəziyyəti açıqlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Səbail rayonu ərazisində gecə klubunda baş vermiş partlayışda xəsarət alanların son vəziyyəti açıqlanıb.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərdən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 1 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb. Bundan başqa, tabeli müəssisələrdən vəziyyəti kritik ağır olan 2 nəfər yaxınlarının iltizamnaməsi ilə özəl xəstəxanalardan birinə köçürülüb.

Hazırda tibb müəssisələrində ümumilikdə, 13 nəfər müalicə alır. Onlardan 10-u TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

Qeyd edək ki, xəsarət alan şəxslərdən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində reanimasiyada olan 5 nəfərdən 2-nin vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Ümumilikdə, stasionarda müalicə alanlardan ambulator müalicə üçün 9 nəfər evə göndərilib.

Qeyd edək ki, Səbail rayonu ərazisində yerləşən obyektdə qaz balonunun partlaması nəticəsində ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti