...

Narkotik hansı xəstəlikləri yaradır?

Cəmiyyət Materials 19 Aprel 2022 11:40 (UTC +04:00)
Narkotik hansı xəstəlikləri yaradır?

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent Dr.İsmayıl Əfəndiyev Media Türk TV kanalına narkotiklərin yaratdığı xəstəliklər barədə danışıb. Ətraflı videosüjetdə izləyin. https://youtu.be/1MChJ6fRKtE

Hazırda narkotik vasitələrdən istifadə Azərbaycan üçün çox aktualdır. Statistik rəqəmlərə nəzər salsaq, görərik ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən indiyə qədər ölkəmizdə həm narkotik istifadəçilərinin sayı, həm də qeyri-leqal narkotik bazarında satılan nakotik maddələrin növləri xeyli artıb. Çox təəssüf ki, hazırda narkotik istifadəçiləri arasında həm gənclər, həm zəif cinsin nümayəndələri, həm də uşaqlar var.

Inyeksiya yolu ilə qəbul edilən narkotik vasitələr QİÇS, Hepatit C və digər təhlükəli yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. İnsanların psixiki durumunu pozan, sinir sistemini dağıdan, daxili orqanlara bilavasitə təsir edən narkotik vasitələr də sürətlə yayılmaqdadır.

Narkotik maddələrdən istifadə çoxlu sayda təhlükəli xəstəliklərin yaranmasına səbəb olur. Bəs bu problemi yaşayan insanları necə müalicə etmək mümkündür, belə ki, onlar özləri narkotik vasitələr aludəçisi olub, ondan əl çəkməkdən imtina edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti