...

Əlilliyi olan şəxslərin əl işlərinin sərgi-satış portalı yaradılır

Cəmiyyət Materials 20 Aprel 2022 18:00 (UTC +04:00)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə əlilliyi olan şəxslərin əl işlərinin sərgi və satışının təşkili üçün portal yaradılır.

Portal əlilliyi olan istedadlı şəxslərə bu platforma vasitəsilə yaradıcılıq nümunələrini həm nümayiş etdirmək, həm də satışını həyata keçirmək imkanı verəcək.

Məqsəd bu kateqoriyadan olan şəxslərin istedad və bacarıqlarının cəmiyyətə tanıdılmasına, yaradıcılıq potensiallarının stimullaşdırılmasına, həmin şəxslərin cəmiyyətə inteqrasiyasına yaxından dəstək olmaqdır.

Portalın hazırlanması işləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən koordinasiyalı şəkildə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti